Lavrov: “İraq “İŞİD”ə qarşı hərbi əməliyyat keçirmək üçün bizə müraciət etməyib”

Lavrov: “İraq “İŞİD”ə qarşı hərbi əməliyyat keçirmək üçün bizə müraciət etməyib”
# 05 oktyabr 2015 13:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Bağdad “İŞİD”a qarşı hərbi əməliyyatları İraq ərazisində genişləndirmək barədə bizə müraciət etməyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov laoslu həmkarı Txonqlun Sisulitlə keçirdiyi birgə mətbuat konfransında deyib. O, İraq baş nazirinin terrorçuların məhv edilməsi ilə bağlı bəyanatını eşitdiyini söyləyib: “İraqın baş naziri bunu bizim hərbçilərin Suriyada ilk günlərdə həyata keçirdiyi effektli əməliyyatlardan sonra deyib. Lakin İraqdan hər hansı bir rəsmi müraciət daxil olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR