Fransa və Almaniya liderləri son 26 ildə ilk dəfə Avropa Parlamentində birgə çıxış edəcəklər

Fransa və Almaniya liderləri son 26 ildə ilk dəfə Avropa Parlamentində birgə çıxış edəcəklər
# 03 oktyabr 2015 08:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Fransa prezidenti Fransua Oland və Almaniya Kansleri Angela Merkel oktyabrın 7-də Strasburqda Avropa parlamentariləri qarşısında çıxış edəcəklər.

APA-nın Avropa Parlamentinə istinadən verdiyi məlumata görə, onlar Avropada aktual olan məsələlər barədə danışacaq, siyasi qrup liderləri ilə müzakirələr aparacaqlar.

Xatırladaq ki, bu, son 26 ildə Fransa və Almaniya liderlərinin AP-də ilk birgə çıxışıdır. Sonuncu dəfə 1989-cu ilin noyabrında Fransa prezidenti Fransua Mitteran və Almaniya kansleri Helmut Kol “Soyuq müharibə”nin bitməsini AP üzvləri ilə müzakirə ediblər.

F.Holland və A.Merkel növbəli şəkildə çıxış edəcəklər. Daha sonra onlar birlikdə AP üzvlərinin suallarını cavablandıracaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR