Ətraf mühitə qanunsuz məişət tullantılarının yerləşdirilməsinə görə 112 akt və protokol tərtib olunub

Ətraf mühitə qanunsuz məişət tullantılarının yerləşdirilməsinə görə 112 akt və protokol tərtib olunub
# 07 aprel 2015 07:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 16-31 mart tarixlərində ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 112 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 67 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 16 iş üzrə 10 min 650 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 7 iş üzrə 1578.97 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 238 iş üzrə 97 min 889.4 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına 8, məhkəmələrə isə 6 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR