Bakıda "Mercedes" markalı avtomobil yanıb

Bakıda "Mercedes" markalı avtomobil yanıb
# 29 iyul 2016 01:34 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, hərəkətdə olan avtomobil yanıb. Hadisə aeroport yolunda qeydə alınıb. Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilin mühərrik hissəsində qısaqapanma baş verib. Mühərrik tüstüləməyə başlayıb. Bunu görən sürücü dərhal avtomobili saxlayıb. Tüstülənən avtomobil alovlanıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanan avtomobil söndürülüb. Avtomobilin mühərrik hissəsi tamamilə yansa da digər hissələr yanğından mühafizə olunub.

Faktla əlaqədar araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR