AMEA prezidenti Əlcəzairin Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

AMEA prezidenti Əlcəzairin Azərbaycandakı səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 18 sentyabr 2015 04:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Xalq Demokratik Respublikasının müvəqqəti işlər vəkili Abbes Benmoussatı ilə görüşüb.

AMEA-dan APA-ya verilən xəbərə görə, ilk olaraq akademik Akif Əlizadə qonağa AMEA-nın fəlaiyyəti, sturukturu və elmi nailiyyətləri barədə məlumat verib. Ölkədə elmi-intellektual potensialın, mənəvi təşəkkülün formalaşmasında və cəmiyyətin sosial-iqtisadi tərəqqisində Akademiyanın rolundan və verdiyi töhfələrdən danışıb.

Akademik uzun illər boyu azərbaycanlı mütəxəssislərin Əlcəzirdə neft emalı sahəsində tədqiqatlarından, gördüyü işlərdən bəhs edib.

Öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirən diplomat hər iki ölkənin dostluq münasibətlərindən, elm, təhsil və mədəniyyət sahəsindəki əlaqələrindən söz açıb.

Gələcəkdə iki ölkənin elmi müəsisiələri arasında əlaqələrinin sistemli şəkildə qurulması, qarşılıqlı təcrübə mübadiləsinin təşkili məqsədilə konkret addımların atılmasının vacibliyini vurğulayıb.

AMEA rəhbəri səfirin hər iki ölkənin elmi təşkilatları arasında səfirliklər vasitəsiylə əməkdaşlıq əlaqələrini qurmaq təşəbbüsünü yüksək qiymətləndirib. Bu məqsədlə gələcəkdə AMEA institutları ilə Əlcəzairin elmi müəssisələri arasında əməkdaşlıq haqqında niyyət sazişinin imzalanması barədə razılıq əldə olunub.

Sonda diplomat AMEA prezidentini Əlcəzair Xalq Demokratik Respublikasına səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR