Bakının Sabunçu rayonunda 57 yaşlı kişini avtomaşın vurub.
APA xəbər verir ki, hadisə Zabrat yolunda baş verib.
10-FR-494 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşını piyada - 1962-ci il təvəllüdlü Abbasov Rəsul Hüseyn oğlunu vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması, baş beyinin silkələnməsi, qarnının küt travması diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.