Bank Of Baku

“S&P”: Azərbaycanda bankların kredit riskini qiymətləndirmə standartları yaxşılaşıb

“S&P”: Azərbaycanda bankların kredit riskini qiymətləndirmə standartları yaxşılaşıb
# 20 noyabr 2026 09:39 (UTC +04:00)

Azərbaycanda bankların risk iştahasını məhdudlaşdırmağa yönəlmiş tənzimləyici tədbirlər nəticəsində sektorda kreditləşmə və kredit riskinin qiymətləndirilməsi standartları yaxşılaşıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Azərbaycan Biznesinin İnkişafı Fondu ilə bağlı reytinq açıqlamasında bildirilib.

Agentlik dövlət proqramları çərçivəsində maliyyə institutlarına verilən kreditləri və likvid vəsaitlərin həmin qurumlarda yerləşdirilməsini Fondun əsas kredit riski mənbəyi hesab edir.

Qeyd edək ki, “S&P Global Ratings” noyabrın 19-da ABİF-in uzunmüddətli emitent kredit reytinqi üzrə proqnozu “sabit”dən “müsbət”ə dəyişib. Agentlik Fondun uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini müvafiq olaraq “BB” və “B” səviyyələrində təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR