Paşha Bank
Bank Of Baku

Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
# 20 noyabr 2026 10:19 (UTC +04:00)

Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) 19 noyabr tarixində saat 16:00 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın yerli bürosuna TƏBİB-dən məlumat verilib.

"Onlara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda xəsarət alan şəxslərdən 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

***

19 noyabr, 20.35

Qaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd yeniyetmə xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, yeniyetmənin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan Qax rayonunun Qaysarlı kənd sakinləri – 16 yaşlı Yusif Aslanlı, 16 yaşlı Elgün Buğdaliyev, 16 yaşlı Qədir Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı Anar Əfəndizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yusif Aslanlı əlavə müayinə üçün Zaqatalada fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinə göndərilib.

Digər üç yeniyetmənin müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR