Dağıstanda polis zabiti terrora məruz qalıb

Dağıstanda polis zabiti terrora məruz qalıb
# 08 aprel 2013 13:53 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Dağıstanın Buynaksk şəhərində polis əməkdaşı və onun ailəsinə qarşı terror aktı törədilib. APA-nın “RİA Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, polis əməkdaşın avtomobilinin altına naməlum şəxslər tərəfindən quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində zabit yaralanıb, onun həyat yoldaşı və uşaqları isə xəsarət almayıblar.

Hadisə yerində təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR