ABŞ-ın vitse-prezidenti Ukrayna və Türkiyəyə səfər edəcək

ABŞ-ın vitse-prezidenti Ukrayna və Türkiyəyə səfər edəcək
# 28 oktyabr 2014 07:41 (UTC +04:00)

Bakı – APA. Noyabrın sonunda ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukraynaya səfər edəcək.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səfər çərçivəsində C. Bayden Ukrayna prezideni Pyotr Poroşenko, digər rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Noyabrın 17-də start götürəcək turne zamanı ABŞ vitse-prezidenti həmçinin Mərakeş və Türkiyəyə səfər edəcək. Ankarada C. Baydenin Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR