İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi birinci qrant müsabiqəsinin qalibləri məlum olub

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi birinci qrant müsabiqəsinin qalibləri məlum olub
# 05 noyabr 2014 08:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində qalib gələn layihələrin təqdimatı və ikinci qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Zeynalov bildirib ki, fond tərəfindən elan olunan 1-ci qrant müsabiqəsi başa çatıb və qalib layihələr icra edilir.

O, deyib ki, 1-ci müsabiqə çərçivəsində fonda 194 layihə daxil olub. Layihələrdən 95-i fiziki şəxs, 99-u isə hüquqi şəxslər tərəfindən təqdim olunub. Fondun Müşahidə Şurası təqdim olunan layihələrdən 31-nin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib. Müsabiqəyə təqdim olunan layihələrin rəhbərlərinin 173-ü kişi, 21-i isə qadındır. Ən gənc layihə rəhbərinin yaşı 18, ən yaşlı layihə rəhbərinin yaşı isə 67-dir.

E. Zeynalov həmçinin qeyd edib ki, Fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması mövzusu üzrə 2-ci qrant müsabiqəsi elan edib. Həmçinin layihələrin qəbulu ilə bağlı prosedurun sadələşdirilməsi ilə bağlı qərar da qəbul edilib. Qrant müsabiqəsində layihələr yalnız Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn təqdim edilə bilər. Müsabiqədə iştirak etmək üçün layihələrin qəbulu noyabrın 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR