Gürcüstan parlamentinin sədri: “Gürcüstanda hakimiyyət dəyişsə də Avropa və NATO kursu dəyişməyib”

Gürcüstan parlamentinin sədri: “Gürcüstanda hakimiyyət dəyişsə də Avropa və NATO kursu dəyişməyib”
# 14 fevral 2013 20:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Avropalı dostlar gördülər ki, Gürcüstanda hakimiyyət dəyişməsi baş versə də Avropa və NATO kursu dəyişməyib”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri bu gün Gürcüstan parlamentinin sədri David Usupaşvili Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər komitəsinin iclasında iştirakından sonra jurnalistlərə açıqlamasında bildirib. O, ümidvar olduğunu bildirib ki, Vilnüs sammitində Gürcüstanla Avropa Birliyi arasında assosiativ sazişin imzalanması müsbət həll olunacaq. “Lakin bu sahədə hələ çox işlər görmək lazımdır. Bu istiqamətdə nazirlik çalışır. Qanunvericilik sahəsində də yüksək səviyyədə iş görmək lazımdır. Parlament buna hazırlaşır. Ona görə də biz çalışırıq ki, qəbul etdiyimiz qərarlar Avropa qanunvericiliyinə uyğun olsun. Bu, istər əmək qanunvericiliyində, istərsə də miqrasiya istiqamətində olsun, fərqi yoxdur. Avronest Gürcüstanı Avropaya yaxınlaşdırmaq üçün ən effektli institutlardan biridir.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR