Bakıda polis əməkdaşı qəza törədib, xəsarət alan var

Bakıda polis əməkdaşı qəza törədib, xəsarət alan var
# 01 iyun 2015 13:52 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Tbilisi prospektində qeydə alınıb. Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı, 1979-cu il təvəllüdlü Ağatahir Zakir oğlu Cavadovun idarə etdiyi “Volkswagen” markalı, 90 LH 270 dövlət nömrə nişanlı avtomobil 1966-cı il təvəllüdlü Bəbir Quliyevin idarə etdiyi “Hyundai” markalı, 90 TE 803 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə B. Quliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR