Ali məktəblərin xərclərinin 80%-ni əmək haqları təşkil edir

Ali məktəblərin xərclərinin 80%-ni əmək haqları təşkil edir
# 30 iyun 2016 13:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ali təhsil sistemində gəlirlər və xərclərə baxdıqda, universitetlərə mədaxil olan gəlirlərin 80%-i əmək haqqı fonduna yönəlir. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərinin təqdimatında bildirib: “Məsələn, ali məktəblərə bütövlükdə təhsil haqqı kimi daxil olan 100 manat vəsaitin 80 manatı müəllim, professorların ödənişinə yönəlir. Ali məktəb arasında bu rəqəmlər dəyişə bilər. Amma ümumilikdə pedaqoji kadrların ümumi orta xərci 80% təşkil edir. Digər faizlər hesabına ali məktəblərdə əsaslı təmir, maddi texniki bazanın maliyyələşdirilməsi və digər işlər həyata keçirilir. Belə olduğu halda Təhsil Nazirliyinin təşəbbüsünə qoşulan ali məktəblər sosial layihədə iştirak edərək tələbələrə təhsillərini davam etdirmək imkanı yaradırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR