ARDNŞ bir sıra xarici ölkələrdə fəaliyyətə başlamaq imkanlarını araşdırır

ARDNŞ bir sıra xarici ölkələrdə fəaliyyətə başlamaq imkanlarını araşdırır
# 20 sentyabr 2012 14:48 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə ARDNŞ-dan bildirilib.

Məlumata görə, ARDNŞ ABŞ-ın energetika bazarı ilə maraqlanıb və burada fəaliyyət göstərmək imkanlarını araşdırıb. Bundan başqa, şirkət Trinidad-Tobaqoda da fəaliyyət göstərmək barədə araşdırma aparır.

Qarşıdakı illərdə ARDNŞ həyata keçirdiyi iri investisiya layihələrinin maliyyələşdirilməsi üçün böyük məbləğdə xarici kreditlər cəlb etmək niyyətindədir. Layihələrin ümumi həcmini nəzərə alanda, cəlb edilməsi nəzərdə tutulan kreditlərin həcmi 10 mlrd. dolları keçə bilər.

Xatırladaq ki, ARDNŞ-ın həyata keçirdiyi və planlaşdırdığı layihələrə Türkiyədəki STAR neft emalı zavodu, TANAP qaz kəməri layihəsi və Bakı yaxınlığında tikiləcək iri neft, qaz və kimya kompleksi daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR