«Khazar Islands»ın müəllifi «İlin iş adamı» seçilib

«Khazar Islands»ın müəllifi «İlin iş adamı» seçilib
# 01 noyabr 2012 12:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda həyata keçirilən «Khazar Islands» (dənizdə şəhər) layihəsinin icraçısı olan «Avesta» Konserninin prezidenti Hacı İbrahim Nehrəmli mərkəzi Brüsseldə yerləşən Ticarət, Kommersiya və Sənaye üzrə Avropa İqtisadi Palatası (European Economic Chamber of Trade, Commerce and Industry) tərəfindən «İlin iş adamı» elan edilərək qızıl medala layiq görülüb. «APA-Economics»in məlumatına görə, iş adamı bu mükafata İstanbulda keçirilən Avropa-Asiya biznes forumunda, dünyanın ən böyük layihələrindən birini həyata keçirdiyinə görə layiq görülüb.

«APA-Economics»in məlumatına görə, forumda iştirakı zamanı azərbaycanlı iş adamı Türkiyənin TQRT telekanalında canlı yayımda çıxış edərək Azərbaycanda baş verən yeniliklər, həyata keçirilən layihələr, o cümlədən regionun ən böyük layihələrindən biri olan «Khazar Islands» barədə məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR