“Nezavisimaya qazeta”: Azərbaycan Qəbələ RLS-in icarə müddətinin 49 il uzadılmasına razılıq vermir

“Nezavisimaya qazeta”: Azərbaycan Qəbələ RLS-in icarə müddətinin 49 il uzadılmasına razılıq vermir
# 30 iyul 2012 15:02 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Azərbaycan Qəbələ Radiolokasiya Stansiyasının icarə müddətinin Moskvanın istədiyi kimi, 49 il müddətinə uzadılması ilə bağlı müqaviləni imzalamaqdan imtina edir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri yazıb.

Yazıda bildirilir ki, Azərbaycan tərəfi icarə müddətinin yalnız 5-7 il olmasına razılıq verə biləcəyini söyləyib. Lakin bu, Rusiya tərəfi üçün sərfəli deyil.

Rusiya Müdafiə Nazirliyi Qəbələ RLS-in yerləşdiyi ərazinin həcminin azaldılması qərarına gəlib. Bundan başqa, nazirlik RLS-in hərbçi ştatının, Qəbələdə xidmət keçən rus hərbçilərinin həyat yoldaşlarının dərs dediyi və övladlarının təhsil aldığı Azərbaycan məktəbindəki rus bölməsinin ştatının ixtisara salınması haqqında qərar qəbul edib. Bu qərardan sonra hərbçilərin həyat yoldaşları Rusiya prezidenti Vladimir Putinə kollektiv və fərdi şəkildə müraciət edərək onların və ailələrinin sosial hüquqlarının qorunmasını xahiş ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR