Azərbaycan prezidenti Sinqapur prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti Sinqapur prezidentinə təbrik məktubu göndərib
# 08 avqust 2012 16:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Sinqapur Respublikasının milli bayramı münasibətilə bu ölkənin prezidenti Toni Tan Kenq Yama təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrik məktubunda bildirilir:

“Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımızı yetirir, dost Sinqapur xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR