Çin Xalq Respublikasının nümayəndə heyəti SAM-da görüş keçirib - FOTO

Çin Xalq Respublikasının nümayəndə heyəti SAM-da görüş keçirib - <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 12:46 (UTC +04:00)
3-8 oktyabr 2012-ci il tarixlərində Çin Xalq Respublikasının nümayəndə heyəti Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir.

Bakı-APA. Çin Xalq Respublikasının nümayəndə heyəti Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər edib. SAM-dan APA-ya verilən məlumata görə, səfər çərçivəsində SAM-ın direktoru Fərhad Məmmədov və bir qrup eksperti ilə görüşdə Çin Xalq Respublikası nümayəndə heyətinin başçısı İnkişaf Araşdırma Mərkəzinin nəzdində Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa Sosial İnkişaf İnstitutunun direktoru, Çin Xalq Respublikasının Rusiyadakı keçmiş səfiri Li Fenlin, Çinin XİN nəzdində Beynəlxalq Araşdırmalar İnstitutunun direktor müavini, “Beynəlxalq Məsələlərin Çin Araşdırmaları” jurnalının baş redaktoru, ABŞ, Asiya və Sakit Okean regionu üzrə mütəxəssis Juan Çzunçze, Şanxay Əməkdaşlıq Təşkilatı Çin Araşdırma Mərkəzinin katibi xanım Çen Yuyjun, İnkişaf Araşdırma Mərkəzinin nəzdində Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa Sosial İnkişaf İnstitutunun direktor müavinləri Sun Çanxun və Den Ketan iştirak ediblər.

Görüş zamanı Fərhad Məmmədov ölkə başçısının ÇXR ilə sıx əməkdaşlıq əlaqələrinə böyük önəm verdiyini xüsusi vurğulayıb, Çinin aidiyyatı olan qurumları ilə əlaqələrin daha da inkişaf etməsinə əmin olduğunu bildirib. F. Məmmədov Çinin BMT-nin TŞ üzvü olduğunu nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 4 qətnaməsinin Ermənistan tərəfinin bu günə kimi yerinə yetirməməsi və regionun inkişafına mənfi təsir göstərməsi kimi faktları qonaqların diqqətinə çatdırıb. F.Məmmədov qeyd edib ki, Azərbaycan dövləti separatizmi dünya ölkələrinə təhdid kimi qiymətləndirir.

Li Fenlin çıxışında Azərbaycanın ev sahibi ölkə olaraq “Bakı Beynəlxalq Humanitar Forumu”-nun təşkilatçısı kimi regionda lider ölkə kimi özünü təsdiq etdiyini deyib, postsovet ölkələri arasında iqtisadi cəhətdən Azərbaycanın daha çox inkişaf etməsini və qonşu ölkələr üçün də daha əlverişli inkişaf şəraiti yaratdığını vurğulayıb, xüsusilə də, Çin və Azərbaycan arasında inkişafın daha çox nəzərə çarpan olduğunu söyləyib.

Daha sonra regional vəziyyət, regionlarda ABŞ və Rusiya siyasəti, Azərbaycanın xarici və daxili siyasəti, Azərbaycanın qonşu ölkələrlə münasibətləri və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün əsas məqsədi Azərbaycan Çin münasibətlərinin perspektivlərinə dair müzakirələrin aparılması, ölkələrimiz haqda məlumat mübadiləsinin daha düzgün əldə edilməsi üçün birbaşa əlaqələrin möhkəmləndirilməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR