«AXA-Mbask» icbari avtomobil sığortası üzrə ölüm hadisəsinə görə sığorta ödənişi edib

«AXA-Mbask» icbari avtomobil sığortası üzrə ölüm hadisəsinə görə sığorta ödənişi edib
# 26 sentyabr 2012 06:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə qarşı tərəfin ölümü ilə nəticələnən, sığorta iddiası üzrə sığorta ödənişi həyata keçirib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəniş bu ilin martın 8-də Qusar şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, «AXA-Mbask» tərəfindən 5000 manat məbləğində sığorta ödənişi qəza nəticəsində vəfat etmiş sürücünün atasına verilib.

Şirkətdən həmçinin bildirilib ki, cari ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı şirkət artıq 400 min manatdan çox sığorta ödənişi edib.

Xatırladaq ki, «AXA-Mbask» sığorta şirkəti 1992-ci ildən «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir fiziki şəxsə məxsusdur. Cari ilin sentyabrın 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR