Stavropol bazarında Azərbaycan, Ermənistan və Tacikistandan olan satıcılara atəş açılıb, bir neçə nəfər yaralanıb

Stavropol bazarında Azərbaycan, Ermənistan və Tacikistandan olan satıcılara atəş açılıb, bir neçə nəfər yaralanıb
# 22 avqust 2012 12:12 (UTC +04:00)
APA-nın məlumatına görə, naməlum şəxslər “Cənub” bazarına gələrək, orada çalışan, Azərbaycan, Ermənistan və Tacikistandan olan satıcılara odlu silahdan atəş açmağa başlayıblar.

Bazar işçilərinin sözlərinə görə, onlar əvvəlcə satıcıları təhqir edib, sonra isə tapança və avtomatdan atəş açıblar. Atışma nəticəsində 10-dək şəxs yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Yaralılardan bir neçəsinin adı da açıqlanıb. Bunlar 43 yaşlı Həsən Süleymanov, 30 yaşlı Sergey Razqoyan, 55 yaşlı Əmir Razqoyan, 35 yaşlı Hamlet Razqoyan. 29 yaşlı Anatoli Razqoyan güllə yarası almasa da, döyülüb.

Hadisənin motivləri hələlik məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR