Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna son bir ayda 1,24 milyon dollar vəsait toplanıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna son bir ayda 1,24 milyon dollar vəsait toplanıb
# 01 oktyabr 2012 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ay ərzində 974342 manat (1 milyon 240 min 883 dollar) artıb. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 1-i tarixinə Fondun manat hesabına yığılmış vəsaitin məbləği 31377778 manat, ABŞ dolları hesabındakı vəsait 199791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Ümumilikdə Fondun vəsaitləri 40 milyon 161 min 896 ABŞ dollarıdır.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR