“The Guardian”: “Altılıq” ölkələri İrana yeni təkliflər paketi təqdim edib
12 oktyabr 2012 14:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Altılıq” ölkələri İranla keçirəcəyi növbəti nüvə müzakirələri üçün bu ölkəyə yeni təkliflər paketi təqdim edib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Böyük Britaniyada nəşr olunan “The Guardian” qəzeti yazıb.
Xəbərdə bildirilir ki, “altılıq” ölkələri noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkisindən sonra İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin aradan qaldırılması üçün yeni diplomatik addım atacaq: “Artıq İrana yeni təkliflər paketi təqdim olunub. Yeni paketdə İrana tətbiq edilmiş sanksiyaların qismən yüngülləşdirilməsi məsələsi də yer alıb”.
Qəzet yazır ki, “altılıq” ölkələri İranla keçiriləcək növbəti nüvə müzakirələrində tərəflər arasında yaranmış etimadsızlığı aradan qaldıracaq addım atmağa çalışacaq.

Asiya
KİV: İsrail Rəfah şəhərini atəşə tutub
08:52
11 may 2024
Kim Çen In KXDR ordusunun yenilənmiş RYAS-larına baxış keçirib
07:06
11 may 2024
HƏMAS: İsrailin addımları səbəbindən Qəzza danışıqları dalana dirənib
05:52
11 may 2024
Mahmud Abbas: "Fələstin BMT-yə tam üzv olmaq üçün səylərini davam etdirəcək”
04:51
11 may 2024