MHP sədri Azərbaycanın iki partiya sədri ilə görüşüb

MHP sədri Azərbaycanın iki partiya sədri ilə  görüşüb
# 03 noyabr 2012 20:27 (UTC +04:00)
Bakı-APA. Bu gün MHP başqanı M. Baxçalı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə də görüşüb.

VHP-dən APA-ya verilən xəbərə görə, MHP-nin 10-cu qurultayında iştirak etmək üçün Ankarada səfərdə olan VHP sədrinin qurultayda çıxışı da nəzərdə tutulub.

Qurultayda iştirak edənlər arasında Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da var.

“Yeni Müsavat” qəzeti isə Müsavat başqanı İsa Qəmbərin və qəzetin baş redaktoru Rauf Arifoğlunun MHP başqanı ilə görüşdüyünü yazıb.
D. Baxçalı Azərbaycanla Turkiyə arasında münasibətlərin çox önəmli olduğunu vurğulayıb.

Müsavat başqanı İsa Qəmbər bildirib ki, MHP təkcə Türkiyənin deyil, eləcə də Azərbaycanın, bütün türk dünyasının partiyasıdır. O, bu gün Azərbaycanı sevən, Azərbaycana daima sayğı ilə yanaşan, onun ümdə maraqlarını müdafiə edən bir partiyanın qurultayında iştirakdan, köhnə dostlarla bir yerdə olmaqdan məmnun olduqlarını və şərəf duyduqlarını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR