İran səfiri: “İş adamlarımızın Azərbaycana investisiya qoyması üçün lazımi şərait yaradılıb”

İran səfiri: “İş adamlarımızın Azərbaycana investisiya qoyması üçün lazımi şərait yaradılıb”
# 09 oktyabr 2012 08:10 (UTC +04:00)
APA-nın İRNA-ya istinadən məlumatına görə, bu fikirləri İranın Azərbaycana yeni təyin olunmuş səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, səfirlik iranlı iş adamlarına Azərbaycan iqtisadiyyatına dair məlumatlar verməyə hazırdır: “Onların Azərbaycanda aktiv fəaliyyət göstərmələri üçün bu ölkə iqtisadiyyatından xəbərdar olmaları lazımdır. İran Azərbaycanda sərgilər təşkil edərək öz məhsullarını nümayiş etdirir. Bununla da həm azərbaycanlıları İran məhsulları ilə tanış etmiş olur, həm də bu ölkəyə ixracını artırmağa çalışır”. M. Pak Ayin əlavə edib ki, İran iş adamlarının məsləhət alması üçün Azərbaycanın Tehrandakı səfirliyində xüsusi şöbə də yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR