«NBC Bank» mənfəətini kəskin artırıb
01 noyabr 2012 08:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin 2012-ci ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəətin həcmi 1,970 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün mənfəəti ilə müqayisədə 5 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 36% artaraq 7,998 mln. manat, o cümlədən faiz gəlirləri 32% artaraq 6,870 mln. manat, qeyri-faiz gəlirləri 59% artaraq 1,128 mln. manat olub.
Bu müddət ərzində bankın xərcləri 25% azalaraq 4,109 mln. manat, o cümlədən faiz xərcləri 67% azalaraq 0,988 mln. manat, qeyri-faiz xərcləri isə 25% artaraq 3,093 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 2,7 dəfə artaraq 5,882 mln. manata, qeyri-faiz zərəri isə 11% artaraq 1,966 mln. manata çatıb.
Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrından «Ruzu» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin oktyabrın 1-nə bankın 10 filialı, 15 bankomatı, 36 POS-terminalı olub.

Maliyyə
PAŞA Sığorta Azərbaycanın ilk qadın Avropa çempionunu təbrik edib
18:31
10 may 2024
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
16:46
10 may 2024
PAŞA Sığorta məktəblilərə özəl sağlamlıq sığortası məhsulunu təqdim edir
15:58
10 may 2024
PAŞA Sığortadan “Mercedes-Benz” sahibləri üçün Tam KASKO sığortası üzrə kampaniya!
12:22
10 may 2024