İranın Məşhəd şəhərində reyd zamanı 30 nəfərdən çox adam həbs olunub

İranın Məşhəd şəhərində reyd zamanı 30 nəfərdən çox adam həbs olunub
# 27 oktyabr 2012 01:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Məşhəd şəhərində ictimai təhlükəsizliyi təmin etmək məqsədiylə polis küçələrdə, parklarda və başqa ictimai yerlərdə reydlər keçirib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, reydlər nəticəsində xuliqanlıqda və müxtəlif qanun pozuntusunda ittiham edilən, sıralarında bir neçə qadının da olduğu 30 nəfərdən çox insan həbs edilib. Saxlanılanlar çoxunu gənclər olub. Polis həbs edilənlərin hər birinin əllərini və gözləyini bağlayaraq, boyunlarına adları, soyadları və ittihamları yazılmış kağız lövhələr asıb. Məsələn, lövhələrin birində belə yazılıb: “Abdullah Divan maşın oğurlayıb və üstündən narkotik maddə tapılıb”. Polis onları elə o vəziyyətdə də ictimai yerlərə aparıb, əhali arasında gəzdiriblər. Sonra isə küçələrin birində dəmir məhəccərlə hasarlanmış açıq yerdə gözləri və əlləri bağlı halda saxlayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR