Müsavat Divanının toplantısı keçirilib

Müsavat Divanının toplantısı keçirilib
# 22 oktyabr 2012 15:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantının əvvəlində Məclisin 20 oktyabrda keçirilmiş sessiyası haqqında fikir mübadiləsi aparılıb. Daha sonra oktyabrın 20-də Fəvvarələr meydanında keçirilən etiraz aksiyası haqda müzakirələr aparılıb və bildirilib ki, aksiya iştirakçıları qanunsuz olaraq inzibati cəzalara, cərimələrə və həbslərə məruz qoyulub.

Divan bunu pisləyərək, məhkəməyə müraciət edilməsi üçün vəkillərlə məsləhətləşmələrə başlamaq haqqında qərar verib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Azərbaycan iqtidarı ilə BP şirkəti arasında yaranmış mübahisə haqqında müzakirə aparılıb. Daha sonra Elşad Abdullayevin 2003-cü ildə çəkilmiş DİN-in 7-ci şöbəsinin əməkdaşı ilə söhbətinin internetdə yayılmış videomaterialı haqqında fikir mübadiləsi aparılıb.

Müsavat Partiyası 20 oktyabr aksiyası ilə əlaqədar həbs olunanlarla bağlı bəyanat da qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR