Pakistanda baş vermiş iki partlayışda 23 nəfər yaralanıb

Pakistanda baş vermiş iki partlayışda 23 nəfər yaralanıb
# 02 avqust 2012 00:42 (UTC +04:00)
Bakı-APA. Pakistanın Lahor şəhərində baş vermiş iki partlayış nəticəsində 23 nəfər yaralanıb. Partlayışın hər ikisi şəhər bazarında baş verib. İlk olaraq meyvə arabasının altında qoyulmuş partlayıcı işə düşüb. Daha sonra bazarın girişindəki avtomobildəki bomba partlayıb. Bütün yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan beşinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR