Bu ilin sonunadək Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Bu ilin sonunadək Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək
# 07 noyabr 2012 10:29 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Bu ilin sonunadək Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iclas Kiyevdə keçiriləcək: “Hazırda iclasa hazırıq prosesi aparılır, tarixi, nümayəndə heyətlərinin tərkibi və digər məsələlər razılaşdırılır”.

Səfir qeyd edib ki, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının da növbəti iclası Kiyevdə keçiriləcək: “İclasda ikitərfli münasibətlərin ən aktual məsələlərinin müzakirəsi gözlənilir”.

Qeyd edək ki, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 3-cü iclası 2011-ci ilin aprel ayında Bakıda keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR