Azərbaycanın Xocavənd rayonunun ermənilər tərəfindən işğalının 20-ci ildönümü anılıb - FOTO

Azərbaycanın Xocavənd rayonunun ermənilər tərəfindən işğalının 20-ci ildönümü anılıb - <font color=red>FOTO</font>
# 02 oktyabr 2012 08:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bakıda Xocavənd rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümü anılıb. APA-nın məlumatına görə, bu münasibətlə Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

Tədbirdə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyətinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və digər təşkilatların nümayəndələri iştirak ediblər. Xocavənd rayon İcra Hakimiyyəti tərəfindən Şəhidlər Xiyabanında Əbədi Məşəl Kompleksi önünə əklil qoyulub, şəhidlərin xatirəsi anılıb.

Qeyd edək ki, Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunub. 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsindən sonra keçmiş Martuni və Hadrut rayonlarının ərazisində yaradılmış Xocavənd rayonunun sahəsi 1458 kv. km², əhalisi 41 725 (o cümlədən azərbaycanlılar - 10648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon mərkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Xocavənd rayonu 145 şəhid verib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR