Azərbaycana narkotik maddə keçirmək istəyən İran vətəndaşı tutulub

Azərbaycana narkotik maddə keçirmək istəyən İran vətəndaşı tutulub
# 13 avqust 2012 12:39 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində Azərbaycana gələn İran vətəndaşı Khezerkandi Ahmada məxsus çamadana baxış zamanı gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd şüşə qabda, 30 ml və 65 ml həcmində - Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxil olan metadon məhlulu aşkarlanıb.

Bundan sonra K.Ahmadın üzərində şəxsi yoxlama zamanı onun düz bağırsağından sellofana bükülmüş bir bükümdə xalis çəkisi 5,724 qram tiryək, digər bükümdə isə üzərində “ddp/M20” nişanəsi olan, Azərbaycanda narkotik vasitələrin siyahısına daxil olan metadon adlı 3 ədəd həb aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR