Yaxın üç ildə Azərbaycan genişzolağlı internetin tətbiqinə 500 mln. dollar sərmayə yatıracaq

Yaxın üç ildə Azərbaycan genişzolağlı internetin tətbiqinə 500 mln. dollar sərmayə yatıracaq
# 05 noyabr 2012 07:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bəyan edib.

İ.Məmmədovun sözlərinə görə, layihənin reallaşmasından sonra ölkənin ucqar kəndlərinə 5 Mbit/saniyə, rayon mərkəzlərinə 30 Mbit/saniyə, iri şəhərlərə isə qiqabitlə ölçülən internetə çıxış sürəti veriləcək.

Layihə çərçivəsində 18 min km uzunluğunda optik xətlərin çəkilməsi planlaşdırılır. Nazir müavini müqayisə üçün bildirib ki, hazırda ölkə üzrə rabitə xətlərinin ümumi uzunluğu 6-7 min km təşkil edir. Layihənin reallaşmasına 400 mln. manatdan artıq investisiya yatırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR