ATƏT-in müşahidə missiyası: Ukraynada keçirilmiş parlament seçkiləri bundan əvvəlki seçkilərlə müqayisədə geriyə doğru atılmış addımdır

ATƏT-in müşahidə missiyası: Ukraynada keçirilmiş parlament seçkiləri bundan əvvəlki seçkilərlə müqayisədə geriyə doğru atılmış addımdır
# 29 oktyabr 2012 14:16 (UTC +04:00)
APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, missiya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və NATO Parlament Assambleyasının 800-dən çox müşahidəçisindən ibarət olub.

Beynəlxalq müşahidəçilər hesab edir ki, bu seçki bundan əvvəlki seçkilərlə müqayisədə geriyə doğru atılmış addımdır. Açıqlamada bildirilir ki, son parlament seçkilərində kifayət qədər rəqabət şəraiti olmayıb, inzibati resurslardan sui-istifadə edilib, kampaniya və siyasi partiyaların maliyyələşməsi yetərli səviyyədə şəffaf olmayıb və mediada balans təmin edilməyib.

Xatırladaq ki, seçkidə majoritar dairələrdə böyük üstünlük əldə edən iqtidardakı Regionlar Partiyası qalib gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR