Azərbaycan zabitləri hərbi əməkdaşlıq planları çərçivəsində keçirilən tədbirlərə qatılacaqlar

Azərbaycan zabitləri hərbi əməkdaşlıq planları çərçivəsində keçirilən tədbirlərə qatılacaqlar
# 15 oktyabr 2012 08:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO ilə əməkdaşlıq proqramları və bir sıra ölkələrlə ikitərəfli hərbi əməkdaşlıq planları çərçivəsində keçirilən tədbirlərə qatılacaqlar. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 16-dan 18-dək Türkiyənin İzmir şəhərində hərbi hava əməliyyatları mövzusunda seminar, oktyabrın 22-dən 26-dək Belçikanın Brüssel və Mons şəhərlərində tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu, oktyabrın 25-dən 29-dək Litvanın paytaxtı Vilnüsdə Beynəlxalq Hərbi İdman Şurasının Avropa Konfransı, oktyabrın 29-dan noyabrın 9-dək isə Almaniyanın Garmiş şəhərində Dil testi seminarı keçiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR