Svetlana Orlova: “Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapa bilər”

Svetlana Orlova: “Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapa bilər”
# 03 noyabr 2012 09:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA “Rusiya hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar və müzakirələr yolu ilə öz həllini tapa bilər”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiya Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının həmsədri Svetlana Orlova verib.

O bildirib ki, ölkəsi problemin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır. S. Orlovanın sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin ciddi işlər aparır: “Bizim mövqeyimiz münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaqdan ibarətdir”.

Svetlana Orlova Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında aeroprt tikərək istismara verməsi ilə bağlı sualı cavablandırmayıb. O bildirib ki, bu barədə məlumata malik deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR