Əfqanıstanda ABŞ hərbi bazasını partladan kamikadzenin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib - EKSKLÜZİV - VİDEO

Əfqanıstanda ABŞ hərbi bazasını partladan kamikadzenin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib - <font color=red>EKSKLÜZİV - VİDEO</font>
# 13 oktyabr 2012 09:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Əfqanıstanda ABŞ hərbi bazasını partladan kamikadzenin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. APA-nin məlumatına görə, Əbu Ömər ləqəbli həmin kamikadzenin Azərbaycanın şimal bölgəsində doğulduğu məlum olub. Kamikadzenin şəxsiyyəti də artıq müəyyənləşdirilib – bu, 1986-cı il təvəllüdlü Orxan Fariz oğlu Nəzərovdur.

Onun bir neçə il əvvəl radikal dini qruplaşmalara qoşularaq Əfqanıstana getdiyi, orada koalisiya qüvvələrinə qarşı vuruşduğu, 2008-ci ildə isə ABŞ hərbi bazasında partlayış törədərək həlak olduğu dəqiqləşib.

Qeyd edək ki, APA bir neçə gün əvvəl Azərbaycan dilində danışan kamikadzenin Əfqanıstanda koalisiya qüvvələrinə məxsus hərbi bazanı partlatmasını əks etdirən video yayıb. Həmin video görüntülərdə Əbu Ömər Ləzgi ləqəbli terrorçunun Əfqanıstanda ABŞ qüvvələrinə qarşı cihad edərək, onlara məxsus hərbi bazanı partlatdığı əks olunub.

Hadisə 2008-ci il noyabr ayının 21-də baş verib. Əbu Ömər Ləzgi ləqəbli mücahid 3 ton partlayıcı ilə yüklənmiş avtomobili Əfqanıstanın Host vilayətində koalisiya qüvvələrinə məxsus hərbi bazanın yaxınlığına sürərək orada partladıb. Baş verən güclü partlayış nəticəsində mücahid özü və 40 ABŞ hərbçisi həlak olub.

Mücahidlər bu partlayışı və partlayışa qədər olan hadisələri anbaan video lentə alıblar. Belə ki, video görüntülərdə Azərbaycan dilində ləhcə ilə danışan mücahidin partlayıcını necə hazırlaması, xəritədə koalisiya qüvvələrinə məxsus hərbi bazanın yerinin hansı şəkildə təsbit edilməsi və partlayış gerçəkləşməzdən əvvəl onun digər mücahid yoldaşları ilə vidalaşmasını əks etdirən səhnələr yer alıb. Video görüntülərdə Azərbaycan dilində danışan mücahid İslam dini uğrunda mübarizə apardığını, İslama qarşı çıxan ABŞ qüvvələrinə qarşı cihad etdiyini bəyan edir.

Video görüntüdə mücahidin pasport adı (əsl adı) və vətəndaşlığı barədə heç bir qeyd yoxdur. Onun Azərbaycanın, Rusiya Federasiyasının (cənub bölgəsi) və ya İranın vətəndaşlığını daşıyıb-daşımadığı da məlum deyil. Lakin əvvəllər də yayılmış bəzi məlumatlara görə, bu cür mücahidlər İran ərazisindəki xüsusi düşərgələrdə təlimlər keçdikdən sonra, Əfqanıstan və Pakistanda koalisiya qüvvələrinə qarşı döyüşlərə göndərilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR