Məkkədə avtobusun qəzaya uğraması nəticəsində 1 zəvvar ölüb, 18-i yaralanıb

Məkkədə avtobusun qəzaya uğraması nəticəsində 1 zəvvar ölüb, 18-i yaralanıb
# 09 oktyabr 2012 07:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Səudiyyə Ərəbistanında zəvvarları Kəbəyə aparan Məkkə şəhər bələdiyyəsinə aid sərnişin avtobusu “Müzəllə” məntəqəsində “Məscid-ül-Hərama” bitişən “Mahvaz” tunelində qəzaya uğrayıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, hadisə oktyabrın 8-də baş verib. Nəticədə 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Həlak olan şəxs Pakistan vətəndaşıdır. Zəvvar aldığı xəsarətlərdən xəstəxanada keçinib. Eyni zamanda yaralılardan 9 nəfəri İran vətəndaşıdır. Qəza zamanı yüngül xəsarət alan 5 nəfər xəstəxanada tibbi yardım göstərildikdən sonra dərhal qaldıqları hotelə qayıdıb, 4 nəfər isə müalicəsi bitdikdən sonra buraxılacaq. İranlı zəvvarların durumunun qənaətbəxş olduğu bildirilir. Ümumiyyətlə, avtobusun sərnişinləri müxtəlif ölkələrdən, o cümlədən İran, Türkiyə, İndoneziya və Afrikadan olan zəvvarlar olub. Xəsarət alan 18 nəfərdən 5-i isə Türkiyə vətəndaşıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR