Lənkəranda “Gənc ailələrin cəmiyyətdə rolu və yeri” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Lənkəranda  “Gənc ailələrin cəmiyyətdə rolu və yeri” mövzusunda dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 15 oktyabr 2012 08:51 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənc ailələrin cəmiyyətdə rolu və yeri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, yerli gənc fəalların qatıldığı tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov açıb. Daha sonra söz Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbliyə verilib. Millət vəkili çıxışında cəmiyyətin əsas təməli olan ailələrə dövlət tərəfindən hər cür diqqət və qayğı göstərildiyini bildirib. Onun qənaətincə, bu gün gənclər ailə qurarkən hərtərəfli düşünməlidir. Həyat göstərir ki, düşünülməmiş qurulan ailələrdə sonda nikahın pozulması, məişət zorakılığı, cinayətlər və digər mənfi hallar ortaya çıxır. Bu isə nəticə etibarı ilə ailələrin dağılmasına gətirib çıxarır.

Diskussiya şəraitində keçən tədbirin sonunda millət vəkili Hadi Rəcəbli gəncləri maraqlandıran və narahat edən suallara cavab verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR