Nuşirəvan Məhərrəmli: “Azərbaycanda çəkilən seriallara əlavə vəsaitin ayrılması gündəmdədir”

Nuşirəvan Məhərrəmli: “Azərbaycanda çəkilən seriallara əlavə vəsaitin ayrılması gündəmdədir”
# 18 oktyabr 2012 14:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, ölkədə televiziya kanallarının serial çəkməsində yox, prodsakşnların serial çəkməsinə maraqlı olmaq lazımdır: “Çünki telekanallara bu dəstək hər zaman olmayacaq. Ona görə də kino sahəsində çalışan şirkətlər güclənməli, özləri filmlər çəkməli və efirdə yaranan boşluğu doldurmalıdırlar”.

Hazırda göstərilən serialların keyfiyyətinə gəlincə, Şura sədri deyib ki, bir il öncə ilə müqayisədə irəliyə doğru müəyyən dəyişikliklər var: “Amma bu serialların keyfiyyətindən tamamilə razı qalmaq mümkün deyil. Hələ də müəyyən çatışmazlıq və nöqsanlar var. Bayağılıq, şitlik, aktyorların hərəkətlərində sünilik qeydə alınır. Amma onu da qeyd etməliyik ki, bu nöqsanlar tədricən aradan qaldırılır. 4 ay əvvəl baxdığımız seriallarla indi baxdığımız seriallar arasında həm aktyorların seçilməsində, həm də keyfiyyət baxımından böyük fərq var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR