Milli Məclisinin yaz və növbədənkənar sessiyalarının iclaslarında deputatların iştirak aktivliyi məlum olub

Milli Məclisinin yaz və növbədənkənar sessiyalarının iclaslarında deputatların iştirak aktivliyi məlum olub
# 09 avqust 2012 13:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Məclisinin (MM) 2012-ci il yaz sessiyasının və növbədənkənar sessiyanın iclaslarında deputatların iştirak aktivliyi məlum olub. APA-nın məlumatına görə, MM-in yaz sessiyasının fevralın 1-də və 14-də, martın 16-da və mayın 22-də keçirilən iclasına daha çox, 114 deputat qatılıb. Yaz sessiyasının ən az deputat iştirak edən iclası martın 30-da keçirilib. Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin qatıldığı həmin iclasda 92 deputat iştirak edib.
Gürcüstan prezidenti Miixail Saakaşvilinin də iştirak etdiyi 7 mart iclasına isə 108 deputat qatılıb.
Qeyd edək ki, MM üzvlərinin sayı 125 nəfərdir. MM-in sessiya iclaslarında yetərsayın olması üçün 83 deputatın iştirakı kifayətdir.
MM-in 2012-cil il yaz sessiyası fevralın 1-də başlayıb, 29-da başa çatıb. Sonradan növbədənkənar sessiya iclasları da keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR