Dow Jones indeksi 0,03% yüksəlib, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,03% yüksəlib, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib
# 29 oktyabr 2012 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 13 107 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 412 bəndədək enib, Nasdaq 0,1% - 2 988 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına korporativ hesabatlar təsir edib. Qeyd edək ki, hazırda ABŞ-da şirkətlərin hesabatlarının elan edilməsi mövsümü davam edir.

Avropa fond bazarlarında oktyabrın 29-da FTSE 100 indeksi 0,03% - 5 807 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 232 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 435 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 715,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2928 (-0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR