Sənaye və energetika naziri: «Azərbaycan neft-qaz sahəsində qazma donanmasını artıra bilər»

Sənaye və energetika naziri: «Azərbaycan neft-qaz sahəsində qazma donanmasını artıra bilər»
# 15 oktyabr 2012 08:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan neft-qaz hasilatı sahəsində mövcud qazma donanmasını artırmaq iqtidarındadır. «APA-Economics»in məlumatına görə, bunu sənaye və energetika naziri Natiq Əliyev bildirib: «Lakin bu da öz növbəsində müəyyən problemlər yarada bilər, çünki qazma qurğularının işləməməsi baha başa gəlir».

N.Əliyevin sözlərinə görə, bu səbəbdən qazma qurğuları ilə bağlı iş düzgün və tarazlı şəkildə qurulmalıdır. Nazir xatırladıb ki, nə vaxt isə Azərbaycanda qazma qurğularının çatışmazlığı müşahidə olunub, lakin sonradan müvafiq tikinti işləri aparılıb və nəticədə müəyyən vaxtlar qazma qurğuları istismar üçün hətta Xəzərin şərq hissəsinə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR