Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 12 oktyabr 2012 08:57 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 55-75, Lənkəran-Astara bölgəsi çaylarında 15-55, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 129 kubmetr/saniyə, ongünlük normanın 76 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 46 kubmet/saniyə olmaqla, ongünlük normanın 43 faizi qədərdir. Kür çayının aşağı axınında isə suyun səviyyəsində azalma müşahidə olunub. Çayının Surra məntəqəsində 22, Şirvanda 3, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 21 santimetr azalma, Salyanda isə suyun səviyyəsində 9 santimetr artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 305, Şirvanda 182, Salyanda 152, Bankədə 201, Araz çayının Novruzlu məntəqəsində isə 100 santimetrdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR