Quba hadisələrində təqsirləndirilən 8 nəfərin cinayət işi üzrə məhkəmə baxışı keçirilib
10 sentyabr 2012 14:12 (UTC +04:00)
APA-nın verdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər ifadə verib. Təqsirləndilən şəxslərin istintaqa verdikləri ifadələrlə məhkəmədə verilən ifadələr arasında ziddiyyət yaranıb.
Təqsirləndirilən şəxslər özlərini Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə təqsirli bildiklərini, digər maddələrlə təqsirli bilmədiklərini qeyd ediblər. Yalnız Samir Xanmədov məhkəmədəki ifadəsində Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibova məxsus evə daş atdığı qeyd edib. Təqsirləndirilən şəxslər mitinq zamanı heç bir hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədiklərini bildiriblər. Məhkəmə prosesi sabah davam etdiriləcək.
Sabah zərərçən şəxslərin ifadə verəcəkləri bildirilib.
Qeyd edək ki, bu il martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulanlardan Abdurəhmanov Fərhad Nəsib oğlu, Xanmədov Samir Valeh oğlu, Dənyalov Alxas Dənyal oğlu, Talıbov Samir Telman oğlu, Dadaşov Mətləb Valeh oğlu, Çobanov Sərvin Xanlar oğlu, Zakirov Murad Rüstəm oğlu və Ələsgərov Səxavət Şakir oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda); 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.

Hadisə
Ağstafada toyda zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-2
00:59
23 iyun 2024
İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edilib - YENİLƏNİB
18:38
22 iyun 2024
Bakıda qeyri-etik hərəkətlər edən daha bir şəxs həbs edilib
18:34
22 iyun 2024
Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edilib
18:23
22 iyun 2024