Azərbaycan prezidenti Çili Deputatlar Palatasının nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Çili Deputatlar Palatasının nümayəndə heyətini qəbul edib
# 05 oktyabr 2012 12:57 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Çili Respublikasının Deputatlar Palatasının yoxsulluqla mübarizə, planlaşdırma və sosial inkişaf daimi komissiyasının sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayan prezident əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Dövlət başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu vurğulayıb.

Öz növbəsində, E. Akkorsi Bakı Beynəlxalq Humanitar Forumunda prezident İ. Əliyevin nitqinin böyük maraqla qarşılandığını, dünyada sülhün qorunmasında və qarşılıqlı anlaşmanın təmin olunmasında Forumun əhəmiyyətini qeyd edib.
Sonda xatirə şəkli çəkdirildi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR