Ərdəbildə bank binasında güclü yanğın baş verib - FOTO

Ərdəbildə bank binasında güclü yanğın baş verib - <font color=red>FOTO</font>
# 04 oktyabr 2012 14:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Ərdəbil şəhərində fəaliyyət göstərən “Rifah” bankında güclü yanğın baş verib.

Ərdəbildə yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumatına görə, bankın 5 mərtəbəsi tamamilə yanıb.

Hadisə iş saatlarında baş verdiyindən, yanğın zamanı içəridə bank işçilər də olub. Onlar binadan çıxarılsa da, xəsarət alanların olub-olmaması və yanğının baş vermə səbəbi hələlik məlum deyil. Binanın ətrafına toplaşan insanları hadisə yerindən uzaqlaşdırmağa çalışan polis bankın fotosunu çəkənlərə mane olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR