Gürcüstanda səslərin 20 faizi sayılıb, müxalifət öndədir

Gürcüstanda səslərin 20 faizi sayılıb, müxalifət öndədir
# 02 oktyabr 2012 08:58 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, 3766 seçki məntəqəsindən 778-nin nəticələri hesablandıqdan sonra Bidzina İvanişvilinin “Gürcü Arzusu” blokunun 54,31%, hakimiyyətdəki Vahid Milli Hərəkat Partiyasının isə 40,59% səs topladığı açıqlanıb. Digər partiyalar proporsional sistem üzrə parlamentdə təmsil olunmaq üçün tələb olunan 5%-lik minimum baryeri keçə bilməyiblər.

Qeyd edək ki, yeni parlamentdə 77 millət vəkili proporsional, 73 millət vəkili isə majoritar sistem əsasında mandat alacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR