Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq keçiriləcək

Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq keçiriləcək
# 15 oktyabr 2012 09:58 (UTC +04:00)
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Görüşün keçiriləcəyi dəqiq tarixi hələlik açıqlanmasa da, iclasın Ankarada keçirilməsi gözlənilir.

İclasda iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2007-ci ildən ildə bir dəfə olmaqla keçirilir. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, Türkiyə tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargahının II rəisi sədrlik edir.

Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR