Ombudsman Aparatının əməkdaşları Qusar Rayon Polis Şöbəsinin təcridxanasında olublar

Ombudsman Aparatının əməkdaşları Qusar Rayon Polis Şöbəsinin təcridxanasında olublar
# 02 oktyabr 2012 13:31 (UTC +04:00)
Bakı-APA. BMT-nin «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Fakültativ Protokolu»na uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun Quba Regional Mərkəzinin üzvləri tərəfindən Daxili İşlər Nazirliyi Qusar Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanılma Təcridxanasına başçəkmə həyata keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri saxlanılanlarla söhbət aparıb, onlara hüquqları izah edilib. Həmin şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.

MST-də saxlanılanların şəxsi işlərinə və müvafiq qeydiyyat kitabına baxış keçirilmiş və pozuntu halları aşkar edilməyib.

MST-nin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR